Hazırda mühacirətdə yaşayan İran şahzadəsi Rza Pəhləvi ABŞ və İran arasında atəşkəs elan olunmasından sonra diqqətçəkən addım atıb.
O, sosial media hesabında ABŞ prezidenti Donald Trampı və İsrailin baş naziri Benyamin Netanyahunu izləmədən çıxarıb.
Bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.
Qeyd edək ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.


