Avropa İttifaqı missiyasından Azərbaycana qarşı növbəti təxribatbackend

Avropa İttifaqı missiyasından Azərbaycana qarşı növbəti təxribat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.

Editor.az  bu barədə “Trend”ə istinadən xəbər verir.

Belə ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç “müşahidəçisi” Aİ-yə məxsus bir ədəd “Toyota” markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.

Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.

Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.

Sözügedən görüntülərini təqdim edirik:

Xatırladaq ki, Ermənistan ərazisində yerləşdirilən Aİ “missiyası” bölgəyə gəldiyi gündən ölkəmizə qarşı dəfələrlə bu tipli təxribatlar edib. Sonuncu dəfə, oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələn üç missiya avtomobilindən birinin üzərində Fransa bayrağı dalğalanıb.