Bakıda yanğın oldu – VİDEObackend

Bakıda yanğın oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Bu barədə Editor.az a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Vidadi küçəsində yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***15:42

Bakının Yasamal rayonunda yanğın başlayıb.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Vidadi küçəsində fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunublar və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bakıda yanğın başlayıb - FOTO - VİDEO