Cənubi Koreya Şimali Koreyanın bir neçə ballistik raket buraxdığını açıqlayıbbackend

Cənubi Koreya Şimali Koreyanın bir neçə ballistik raket buraxdığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreya Baş Qərargahı-na istinadən bildirilir ki, Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxıb.

Editor.az xəbər verir ki, bu barədə Yonhap News Agency məlumat yayıb.

Məlumata görə, raketlər aprelin 8-i səhər saatlarında Şimali Koreyanın şimalında yerləşən Vonsan bölgəsindən buraxılıb və təxminən 240 kilometr məsafə qət edib. Qeyd olunur ki, bu, cari ilin əvvəlindən etibarən Şimali Koreya tərəfindən həyata keçirilmiş dördüncü təsdiqlənmiş ballistik raket sınağıdır.

Cənubi Koreya Baş Qərargahı ölkə ordusunun Şimali Koreyanın fəaliyyətini yaxından izlədiyini və hər hansı təxribat halına qətiyyətlə cavab verməyə hazır olduğunu bəyan edib. Eyni zamanda bildirilib ki, Cənubi Koreya kəşfiyyat orqanları raket buraxılışını ABŞ-dakı tərəfdaşları ilə birgə izləyir və tərəflər arasında məlumat mübadiləsi aktiv şəkildə davam etdirilir.

Bundan əlavə, aprelin 6-da Cənubi Koreya Prezidenti Lee Jae-myung ayrı-ayrı şəxslər tərəfindən Şimali Koreyaya qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatları hücumlarına görə üzr istədiyini bildirib. Dövlət başçısı bu cür təxribat xarakterli addımların yolverilməz olduğunu və təəssüf doğurduğunu vurğulayıb.

//Gülnarə Abasova, Editor.az