Cənubi Qafqazda təhlükəli oyun: Sülhə qarşı gizli planlar üzə çıxırbackend

Cənubi Qafqazda təhlükəli oyun: Sülhə qarşı gizli planlar üzə çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda səslənən bəyanatlar təkcə ikitərəfli münasibətlərin deyil, həm də regiondakı ümumi güc balansının indikatoru kimi diqqət çəkir. Xüsusilə Ermənistan rəhbərliyindən gələn mesajların zamanlaması və məzmunu onların həm daxili siyasi gündəmlə, həm də beynəlxalq proseslərlə sıx bağlı olduğunu göstərir.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan parlamentinin sədri Alen Simonyan-ın hər iki ölkənin bir-biri üçün təhlükəsizlik zəmanətçisi ola biləcəyi ilə bağlı səsləndirdiyi fikir, Yaxın Şərqdə artan gərginlik və Nikol Paşinyan-ın Moskvaya səfərindən dərhal sonra verilməsi baxımından diqqətəlayiqdir:

“Bu açıqlama həm beynəlxalq ictimaiyyətə, həm də yaxınlaşan parlament seçkiləri ərəfəsində erməni cəmiyyətinə yönəlmiş mesaj kimi dəyərləndirilə bilər. Vladimir Putin ilə Paşinyan arasında keçirilən görüşdə Qarabağ məsələsi ətrafında yaranan polemika və Azərbaycan Xarici İşlər Nazirliyi-nin adekvat reaksiyası göstərir ki, regionda sülh və sabitliyin möhkəmlənməsindən narahat olan qüvvələr hələ də mövcuddur. Uzun illər Ermənistanı öz maraqları naminə alətə çevirən qlobal güclər bu təsir imkanlarını itirməklə barışmaq istəmir.

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri fonunda revanşist qüvvələrin yenidən fəallaşdırılması cəhdləri müşahidə oluna bilər. Bu baxımdan, mövcud hakimiyyətin sülh yönümlü bəyanatları həm də həmin qüvvələrin planlarını ifşa etməyə hesablanıb”.

Məhərrəmli əlavə edib ki, erməni cəmiyyəti artıq əvvəlki səhvlərin nəticələrini anlayır və yeni qarşıdurmanın dövlət üçün ağır nəticələr doğura biləcəyini dərk edir:

“Radikal və revanşist qüvvələrin yenidən ön plana çıxmasına imkan verilməməlidir, çünki regionda yaranmış yeni reallıqlar bu cür yanaşmaların perspektivsiz olduğunu açıq şəkildə göstərir”.

//Gülnarə Abasova, Editor.az