Donald Tramp dşüşünür: nə etməli?backend

Donald Tramp dşüşünür: nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Hörmüz boğazının dəniz blokadası ilə yanaşı, İrana qarşı hava hücumlarının bərpasını da müzakirə edir.

Editor.az xəbər verir ki, “The Wall Street Journal” rəsmiləə istinadən bildirir ki, bu, ABŞ və İran nümayəndə heyətlərinin Pakistanın İslamabad şəhərində keçirilən görüşdə razılığa gələ bilməməsindən sonra Trampın nəzərdən keçirdiyi variantlardan biridir.

Prezidentə yaxın olanlar onun “diplomatik həll yoluna açıq qaldığına” inanırlar. Qəzetin qeyd etdiyi kimi, ABŞ rəsmiləri Trampın İranla gələcək danışıqlar üçün “qırmızı xətlərini” açıqlayıblar. Bunlara Hörmüz boğazının rüsumsuz tam açılması, uran zənginləşdirilməsinin dayandırılması və əlaqəli obyektlərin sökülməsi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının köçürülməsi, Livanda “Hizbullah” və Yəməndə Husilər kimi proksi qrupların maliyyələşdirilməsinin dayandırılması daxildir.

WSJ mənbələri Trampın hər hansı növbəti addımının ciddi risklər daşıdığını etiraf edirlər. Tammiqyaslı müharibənin yenidən başlaması ABŞ-ın vacib sursat ehtiyatlarını daha da tükəndirəcək və Yaxın Şərqdəki münaqişələrə şübhə ilə yanaşan seçicilərin tənqidini artıracaq. Məqalədə bildirilir ki, eyni zamanda, rejimi, nüvə ambisiyalarını və boğaz üzərində nəzarəti qoruyub saxlayarkən hərbi əməliyyatın azaldılması Tehranın qələbəsi kimi qəbul ediləcək.

//Samir Qurbanov, Editor.az