Feldmarşal Tehranda – ABŞ–İran danışıqlarında kritik anlarbackend

Feldmarşal Tehranda – ABŞ–İran danışıqlarında kritik anlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İran arasında növbəti diplomatik təmaslara hazırlıq sürətlənir.

Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir danışıqların ikinci raundunun koordinasiyası məqsədilə artıq İrana gəlib.

Məlumata görə, səfər çərçivəsində yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə tərəflər arasında növbəti görüşün detalları müzakirə olunur. Bildirilir ki, ABŞ və İran nümayəndələri arasında görüşün gələn həftənin sonunda Islamabad şəhərində keçirilməsi ehtimal olunur.

Qeyd olunur ki, prosesdə Pakistanın vasitəçi rolu daha da güclənir və İslamabad platforması tərəflər üçün əsas dialoq məkanına çevrilir. Regionda artan gərginliyə baxmayaraq, diplomatik kanalların açıq qalması tərəflərin kompromis axtarışını davam etdirdiyini göstərir.

Musavat.com