“Əliyar Ağayevin təyinatı vaxtı belə bir şeyin başımıza gələcəyini ehtimal edirdik”.
Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Kubokunun yarımfinal çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” oyunundan sonra Tovuz təmsilçisinin prezidenti Ehtiram Quliyev deyib.
“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, haqqımızı içməsinlər. 1 il boyu əziyyətimizi gəlib 1 gündə yerə vurulur. Əliyarın “Turan”nın oyunlarına təyinatından biz belə halları gözləyirdik. Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun. Futbolda bəzi şeylər dəyişməlidir. Bunlar dilə gətirilməlidir. Biz səssiz qaldıqca, Əliyargillər belə oyun idarə edəcək, futbolumuzu yaman günə qoyacaq. Azərbaycan futbolunun Əliyargillərdən canı qurtarmalıdır”, – deyə o qeyd edib.
Qeyd edək ki, tovuzlular yarımfinalın ilk oyununda Bakı təmsilçisinə 2:0 hesabı ilə məğlub olublar.

