İsrail hökuməti ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun girovların azad edilməsinə və atəşkəsə dair yeni planını qəbul edib.
Oxu.Az “Channel 12” telekanalına istinadla xəbər verir ki, bunu ölkənin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın Qəzzada saxladığı girovların ailələri ilə görüşdə deyib.
“Biz Uitkoffun bu axşam bizə təqdim etdiyi son planı qəbul etməyə razıyıq. HƏMAS hələ cavab verməyib”, – deyə o vurğulayıb.
Qeyd edək ki, HƏMAS Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı yeni təklifini vasitəçilərlə alıb.