Türkiyə mediasının 8 apreldə verdiyi məlumata görə, Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İsrail konsulluğuna hücumla bağlı istintaq çərçivəsində İstanbulda 10 nəfəri saxlayıb.
“Turkiye Gazetes” qəzetinin məlumatına görə, əvvəlcə üç nəfərin saxlanıldığı bildirilsə də, sonradan bu rəqəm 10-a çatıb.
Bir gün əvvəl İstanbuldakı İsrail Baş Konsulluğunun yaxınlığında üç terrorçu ilə polis arasında atışma baş vermişdi. Terrorçulardan biri öldürülüb, digər ikisi yaralanaraq saxlanılıb. Atışmada iki polis əməkdaşı da yaralanıb.
Türkiyə Daxili İşlər Nazirliyi terrorçuların İzmitdən gəldiyini və Rusiyada qadağan olunmuş İŞİD terror qruplaşması ilə əlaqələrinin olduğunu qeyd edib.
//Samir Qurbanov, Editor.az

