İsraildən Trampın qərarına ilk reaksiya: “Təəccübləndik”backend

İsraildən Trampın qərarına ilk reaksiya: “Təəccübləndik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin rəsmi dairələri ABŞ Prezidenti Donald Trampın İranla bağlı elan etdiyi qəfili atəşkəs qərarına münasibət bildirib. İsrailin KAN dövlət radiosuna danışan yüksək rütbəli rəsmi şəxs, Ağ Evin bu addımının Tel-Əviv üçün gözlənilməz olduğunu etiraf edib. Mənbə qeyd edib ki, hərbi əməliyyatların həlledici mərhələyə çatdığı bir vaxtda gələn bu xəbər İsrail rəhbərliyində təəccüb doğurub.

Musavat.com xəbər verir ki, israilli rəsmi hadisələrin gedişatını şərh edərkən “Hər şeyin artıq yekunlaşdığı təəssüratı yarandığı son anlarda yeni məlumatlar aldıq” deyə bildirib.

Buna baxmayaraq, İsrail tərəfi hazırda Trampın təşəbbüsü ilə əldə olunan atəşkəs rejiminə əməl etdiyini və hərbi hərəkətliliyi dayandırdığını təsdiqləyib.

Regionda yaranan bu yeni diplomatik vəziyyət İsrailin hərbi planlarında müəyyən düzəlişlərin edilməsini zəruri qılıb.