7 saylı Ordubad–Culfa seçki dairəsindən VI çağırış Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun sabiq icraçı direktoru Cəbi Quliyevə yeni vəzifə verilib.
Editor.az-ın əldə etdiyi məlumata görə, Cəbi Quliyev Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə Suraxanı Gənclər Evinin direktoru təyin edilib.
Məlumata görə, keçmiş deputat bu vəzifəyə ötən il təyin edilsə də, nədənsə bunu gizlətməyə çalışıb və nail olub. Çünki nə media, nə də C.Quliyevin sosial şəbəkə hesablarında bu haqda məlumata rast gəlmək mümkün olmayıb.
Keçmiş deputat bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasında Gənclər Həftəsi çərçivəsində keçirilən tədbirdə yeni vəzifəsində çıxış edib.
//Editor.az

