Müharibələr dəniz dronları texnologiyasının inkişafını sürətləndirirbackend

Müharibələr dəniz dronları texnologiyasının inkişafını sürətləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və İran ətrafında davam edən münaqişələr dəniz pilotsuz aparatlarının (dəniz dronlarının) hərbi tətbiqini sürətləndirərək bu sahədə yeni mərhələnin başlanğıcını qoyub. Bu barədə Reuters agentliyi yazır.

Agentliyin məlumatına görə, Ukrayna dəniz dronlarından effektiv istifadə edərək Rusiya Qara dəniz donanmasını özünə yaxın sulardan geri çəkilməyə məcbur edib. Bu, pilotsuz texnologiyaların ənənəvi hərbi donanmalara qarşı təsir gücünü nümayiş etdirən əsas nümunələrdən biri kimi qiymətləndirilir.
Bildirilir ki, Yaxın Şərqdə gərginliyin artması və ABŞ–İsrail ilə İran arasındakı qarşıdurmanın genişlənməsi halında digər ölkələr də dəniz dronlarından istifadə edə bilər. Ekspertlər hesab edir ki, bu texnologiya nisbətən aşağı maliyyət və yüksək effektivlik səbəbindən getdikcə daha çox dövlətin arsenalına daxil olur.

Mütəxəssislərin fikrincə, dəniz dronlarının geniş yayılması gələcəkdə dəniz müharibələrinin taktikasını köklü şəkildə dəyişə və qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər.

//Samir Qurbanov, Editor.az