Bütün diqqətlər İslamabaddadır. ABŞ və İran nümayəndələri arasında həm birbaşa, həm də vasitəçilərin iştirakı ilə müzakirələr keçirilir.
Nəzərə almaq lazımdır ki, tərəflər görüşə qarşılıqlı ittiham portfeli ilə gediblər və onların mövqeləri maksimalistdir. Belə vəziyyətdə hazırkı mərhələdə görüşlərdən hansı nəticələri gözləməliyik?
Siyasi elmlər doktoru Hikmət Babaoğlunun Baku TV-yə açıqlamasına görə, bu danışıqların ən böyük uğuru danışıqların davam etdirilməsi ilə bağlı tərəflərin gələ biləcəyi razılaşma ola bilər:
“İlk növbədə, mövqelərin bir qədər yaxınlaşdırılması, sonra hansı məsələlərin necə həll olunması ilə bağlı ardıcıllığın müəyyənləşdirilməsi lazımdır. İran deyir ki, əllərimiz tətikdədir. ABŞ deyir ki, ordumuzu gücləndiririk və hücuma hazırıq. Belə ciddi təhdidlər altında diplomatik bir masadan uğur gözləmək çətindir”.

