ABŞ-nin “Kolambus Kryu” klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
Oxu.Az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun “Atlanta Yunayted”lə səfər matçında meydana çıxıb.
O, 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyətidir.
Qeyd edək ki, “Kolambus Kryu” klubuna qış fasiləsində “Qarabağ”dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

