Okeanlar qlobal miqyasda qaralır — alimlər səbəbləri araşdırırbackend

Okeanlar qlobal miqyasda qaralır — alimlər səbəbləri araşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya okeanlarında son onilliklərdə diqqətçəkən dəyişiklik müşahidə olunur — suyun səthi getdikcə daha az işıq keçirir və geniş ərazilər “qaralma” tendensiyası göstərir. Bu barədə New Scientist nəşri məlumat yayıb.

Editor.az xəbər verir ki, Böyük Britaniyanın Plymouth Marine Laboratory institutunun alimi Tim Smith və onun həmkarları bu fenomeni ilk dəfə açıq okean müşahidələri zamanı qeydə alıblar. Tədqiqatçılar bildirir ki, okeanların işıq buraxma qabiliyyətinin azalması dəniz ekosistemlərinə ciddi təsir göstərə bilər.

Alimlərin fikrincə, bu proses bir neçə əsas amillə bağlıdır. Bunlara fitoplanktonun artımı, suyun üzvi maddələrlə çirklənməsi və iqlim dəyişikliklərinin təsiri daxildir. Bu faktorlar suyun şəffaflığını azaldaraq günəş şüalarının daha az dərinliyə çatmasına səbəb olur.

//Samir Qurbanov, Editor.az