Pakistan nümayəndə heyəti İranda: “Gələcək mümkün danışıqlarla bağlı qərar bu səfərdən sonra veriləcək”backend

Pakistan nümayəndə heyəti İranda: “Gələcək mümkün danışıqlarla bağlı qərar bu səfərdən sonra veriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Münirin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərindən sonra Vaşinqton-Tehran arasında gələcək danışıqların olub-olmayacağına qərar veriləcəyi bildirilib.

Editor.az xəbər verir ki, Pakistan ordusunun yaydığı açıqlamada İran-ABŞ danışıqlarında vasitəçilik rolunu üzərinə götürən və Baş Qərargah rəisi Asim Münirin rəhbərlik etdiyi nümayəndə heyətinin Tehrana çatdığı qeyd olunub.

İranın Tasnim xəbər agentliyinin mənbəyə istinadən yaydığı məlumata görə, prosesin gələcək istiqaməti məhz bu səfərdən sonra dəqiqləşəcək. Bildirilir ki, İran ABŞ ilə növbəti danışıqlar mərhələsinə başlamaq məsələsində qərarı Pakistan nümayəndə heyətinin Tehrana səfərindən sonra verəcək.

Xəbərdə həmçinin qeyd olunur ki, Livanda mümkün atəşkəsin əldə olunması İranın ABŞ ilə yeni danışıqlar mərhələsinə başlaması baxımından müsbət siqnal sayıla bilər. Bununla yanaşı, Vaşinqton administrasiyasının məqbul danışıqlar çərçivəsinə sadiq qalmasının vacibliyi vurğulanıb.

//Gülnarə Abasova, Editor.az