ABŞ-ın şimal-şərqində yerləşən Newark şəhərində üç pitbull itin hücumuna məruz qalan bir şəxs həyatını itirib.
Editor.az NJ.com portalının yaydığı məlumata görə xeber verir ki, hadisə aprelin 11-də, şənbə günü şəhərdəki yaşayış komplekslərindən birinin həyətində baş verib. Üç it arasında baş verən dava zamanı bir kişi onları ayırmaq üçün müdaxilə edib. Bu zaman heyvanlar qəfil ona hücum ediblər. Şəxs hadisə yerindən uzaqlaşa bilsə də, aldığı ağır xəsarətlər onun həyatına son qoyub.
Məlumatda qeyd olunur ki, zərərçəkən itlərin sahibini tanıyıb. Hadisədən sonra heyvanların aqibəti barədə isə hər hansı məlumat verilməyib.
//Gülnarə Abasova, Editor.az

