Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığı aparıbbackend

Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığı aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Türkiyə Prezidentinin Kommunikasiya Departamentinin məlumatına görə, əsas müzakirə mövzusu ABŞ-İran arasında bir gün əvvəl elan edilən atəşkəs razılaşması olub.

Ərdoğan bir gün əvvəl əldə edilən razılaşmalardan məmnunluğunu ifadə edib. O bildirib ki, bu fürsət pəncərəsi bütün dünya üçün 40 çətin gündən sonra yaranıb və indi sülh prosesini pozmamaq vacibdir.

Türkiyə Prezidenti həmçinin Trampa əminlik verib ki, Ankara münaqişənin həlli üçün dost ölkələrlə, xüsusən də Pakistanla birlikdə səyləri fəal şəkildə dəstəkləməyə davam edəcək.

//Samir Qurbanov, Editor.az