Fransanın nüfuzlu media qurumu Radio France Internationale (RFI) Qərbi Liviya ərazisində Ukrayna hərbi kontingentinin yerləşdirildiyini iddia edən araşdırma yayımlayıb.
Məlumata görə, bölgədə təxminən 200 nəfərlik Ukrayna hərbçisi fəaliyyət göstərir. Araşdırmada qeyd olunur ki, bu mövcudluq fonunda Ukrayna ilə Rusiya arasında gizli qarşıdurma müşahidə olunur.
RFI-nin məlumatına əsasən, martın 4-də Rusiya tərəfi Ukrayna və Böyük Britaniya kəşfiyyatını Liviya sahilləri yaxınlığında “Arktik Metagaz” adlı qaz tankerinə hücumda ittiham edib. Bildirilir ki, Misirə doğru hərəkət edən bu gəmi Rusiyanın “kölgə donanması”na aid olub.
Hazırda tərəflər arasında səsləndirilən ittihamlarla bağlı rəsmi təsdiqlənmiş məlumatlar məhduddur və vəziyyətin detalları hələ də araşdırılır.
//Samir Qurbanov, Editor.az

