Rusiya diplomatik kanallarla Azərbaycana cavab verəcək – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovabackend

Rusiya diplomatik kanallarla Azərbaycana cavab verəcək – Mariya Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya siyasi müzakirələrdə Qarabağ məsələsindən bəhs etməmək çağırışlarına cavabını diplomatik kanallar vasitəsilə Azərbaycana çatdıracaq.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib. “Bakı tərəfindən qaldırılan məsələyə cavab Azərbaycan tərəfinə çatdırılacaq. Xatırlatmaq istəyirəm ki, Rusiya və Rusiya Prezidenti Vladimir Putin şəxsən Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynayıblar”, – deyə sözçü bildirib. Zaxarova xatırladıb ki, 1990-cı illərdən bəri Rusiya

Azərbaycan və Ermənistan arasındakı münasibətlərdə bu məsələnin həlli üçün lazımi şərait yaratmağa çalışır. Bu, diplomatın Qarabağ məsələsindən “siyasi spekulyasiya” üçün istifadənin yolverilməzliyi ilə bağlı Bakının Rusiyaya mesajına verdiyi şərh olub.

//Samir Qurbanov, Editor.az