SEPAH ABŞ-ni hədələdi – VİDEObackend

SEPAH ABŞ-ni hədələdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni hədələyib.

Oxu.Az xəbər verir ki, bu barədə SEPAH sosial şəbəkə hesabında bəyanatını yerləşdirib.

“Bütün hərəkətlər silahlı qüvvələrin tam nəzarəti altındadır. Düşmən hər hansı səhv addım atacağı təqdirdə Hörmüz boğazında ölümcül girdaba düşəcək”, – bəyanatda deyilir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb və ərazidə pilotsuz uçuş aparatı vasitəsilə real vaxt rejimində aparılan müşahidəni əks etdirən görüntülər yayımlanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, İran sonda danışıqlara qayıdacaq və Vaşinqtonun irəli sürdüyü bütün şərtlərlə razılaşacaq. Eyni zamanda o əlavə edib ki, ölkənin silahlı qüvvələri Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlardan istifadə edəcək.