SEPAH: “ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq” – VİDEObackend

SEPAH: “ABŞ və İsrail hədəflərinə qarşı 100-cü hücum dalğasına hazırıq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgədəki ABŞ-İsrail hədəflərinə qarşı 100-cü mümkün hücum dalğası barədə bəyanat verib.

Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.

“Hazırda İran xalqının müdafiəçiləri barmaqlarını tətiklərdə saxlayırlar. Ali Baş Komandan Müctəba Xameneinin əmrindəyik. ABŞ-İsrail ortaq cəbhəsinin yeni səhvi halında daha möhtəşəm bir dastan yazmağa hazır vəziyyətdəyik”, – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.