“The Independent” xəbər verir ki, sərxoş sərnişinin “Ryanair” uçuşunu gecikdirən davranışı, onun dəmir barmaqlıqlar arxasına düşməsinə səbəb olub.
61 yaşlı Stiven Blofild Krakovdan Bristola uçuş zamanı həddən artıq sərxoş olub. İş materiallarına görə, o, “əsəblərini sakitləşdirmək” üçün hava limanında içki içməyə başlayıb, lakin təyyarədə aqressivləşib və polşalı stüardessaya hücum edib. Sərnişin o qədər sərxoş olub ki, oturacağında oturmaqdan və ya təhlükəsizlik kəmərini bağlamaqdan imtina edib və bu da pilotu ilkin eniş cəhdini dayandırmağa məcbur edib.
Bristol Tac Məhkəməsi bədbəxt səyahətçini 10 ay həbs cəzasına məhkum edib.
//Samir Qurbanov, Editor.az

