Sosial şəbəkələrdən istifadə üçün şəxsiyyətin məcburi identifikasiyası tətbiq olunacaqbackend

Sosial şəbəkələrdən istifadə üçün şəxsiyyətin məcburi identifikasiyası tətbiq olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, bir neçə ay ərzində Türkiyədə sosial media istifadəçilərinin məcburi identifikasiyası tətbiq olunacaq.

“Şəxsiyyət təsdiqləmə giriş sisteminə keçid təxminən üç ay çəkəcək.” – Akın Gürlek deyib.
O, sosial mediaya girişlərin yalnız telefon nömrəsi də daxil olmaqla real məlumatlardan istifadə etməklə mümkün olacağını aydınlaşdırıb.

Bu, saxta və ya anonim hesabların yaradılmasını və ya istifadəsini qeyri-mümkün edəcək. Ədliyyə naziri yeni sistemin mərhələli şəkildə tətbiq olunacağını bildirib. Əvvəlcə yeni tələblərə cavab verməyən hesabların bağlanacağı keçid dövrü olacaq.

//Samir Qurbanov, Editor.az