Tovuzda 14 nəfər qidadan ZƏHƏRLƏNDİ: 6-sı uşaqdırbackend

Tovuzda 14 nəfər qidadan ZƏHƏRLƏNDİ: 6-sı uşaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İyunun 25-də saat 16:55-dən etibarən 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib”.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib.

Qurumdan bildirilib ki, hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və onların vəziyyəti orta-ağır dərəcədə qiymətləndirilib.

“Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisənin səbəbləri, o cümlədən zəhərlənmənin qida ilə bağlı olub-olmaması məsələsi ilə bağlı agentliyin mütəxəssisləri və aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

“Hazırda araşdırma davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək”, – deyə AQTA-nın açıqlamasında qeyd olunub.