ABŞ ilə İranın nüvə proqramı və Hörmüz boğazının açıq saxlanılması məsələsində uzun müddətdir razılığa gəldiyi bildirilir.
Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump bu barədə Truth Social platformasındakı paylaşımında açıqlama verib.
“Bütün əsassız iddialara baxmayaraq, uzun zamandır razılaşdırılmış bir məsələ var: nüvə silahı olmayacaq və Hörmüz boğazı açıq və təhlükəsiz qalacaq”, – deyə o qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, hazırda ABŞ hərbi qüvvələri öz resurslarını yeniləyir və yeni əməliyyatlar ehtimalına qarşı istirahət mərhələsindədir.
Siyasətçi əlavə edib ki, atəşkəs razılaşmasına əməl olunmayacağı təqdirdə, ABŞ İran ərazisinə qarşı hərbi əməliyyatları yenidən bərpa edəcək. ABŞ-a məxsus gəmilər, təyyarələr və şəxsi heyət razılaşmanın bütün şərtləri yerinə yetirilənədək İran sərhədlərinə yaxın ərazilərdə qalmaqda davam edəcək.
//Gülnarə Abasova, Editor.az

