Tehran ABŞ Prezidenti Donald Trampın “İran sivilizasiyasını məhv etmək” hədəsindən sonra Vaşinqtonla birbaşa diplomatik təmasları dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, tərəflər arasında danışıqlar vasitəçilər üzərindən davam edir. Nəşrin həmsöhbəti bildirib ki, İran bu addımla “narazılıq və itaətsizlik” siqnalı verməyi planlaşdırıb.
Eyni zamanda, iki Pakistan rəsmisi “Reuters” agentliyinə açıqlamasında qeyd edib ki, Pakistan həm İran, həm də ABŞ ilə əlaqə saxlayır. Lakin əsas problem İran hakimiyyətinin ilkin şərtlər yerinə yetirilməyənə qədər birbaşa danışıqlardan imtina etməsidir.
Bu şərtlərə tam atəşkəsin təmin olunması, İslam Respublikasına təhlükəsizlik zəmanətlərinin verilməsi və təzminat ödənişləri daxildir.

