Rusiyanın Novo-Ufimski Neft Emalı Zavodu Ukrayna dronlarının hücumundan sonra ən böyük xam neft emalı qurğularından birini bağlamaq məcburiyyətində qalıb.
Editor.az xəbər verir ki, “Reuters” agentliyinin üç sənaye mənbəyinə istinadən verdiyi məlumata görə, Novo-Ufimski Neft Emalı Zavoduna hücum 2 apreldə baş verib. Hücumdan sonra zavodun ərazisində yanğın baş verib. Agentliyin mənbələrinə görə, Neft Emalı Zavodundakı CDU-5 qurğusu sıradan çıxıb, hansı ki, zavodun ümumi gücünün təxminən 28%-ni təşkil edir.
Agentlik qeyd edib ki, Novo-Ufimski Neft Emalı Zavodu “Rosneft” şirkətinə məxsusdur. Neft emalı zavodunda həmçinin daha üç xam neft distillə qurğusu var.
//Samir Qurbanov, Editor.az

