Ukraynada azərbaycanlı nazir müavini təyin olundubackend

Ukraynada azərbaycanlı nazir müavini təyin olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada icmaların və ərazilərin inkişafı nazirinin müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.

Oxu.Az epravda.com.ua-ya istinadən xəbər verir ki, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.

Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. Firudin Məmmədov 2023-cü ildə vəfat edib.