ABŞ-ın vitse-prezidenti J.D. Vance ABŞ və İran arasındakı atəşkəsin həssas olduğunu bildirib.
Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vance deyib: “Əgər iranlılar bizimlə yaxşı niyyətlə əməkdaşlıq etmək istəyirlərsə, razılığa gələ biləcəyimizi düşünürəm… Lakin əldə etdiyimiz həssas atəşkəsi belə pozmağa çalışsalar, qeyd edəcək çox bir şeyləri olmayacaq”.
Qeyd edək ki, 8 aprel tarixində İsrail ordusu İrana qarşı hücumları dayandırıb, lakin Livandakı Hizbullah qüvvələrinə qarşı əməliyyatlara davam edəcək. İsrail hərbi rəhbərliyi bildirib ki, ölkə rəhbərliyinin göstərişləri əsasında İrana qarşı hücumlar dayandırılıb, amma döyüş hazırlığı yüksək səviyyədə saxlanılır.
//Gülnarə Abasova, Editor.az

