Viktor Orban Vladimir Putinə: hər bir məsələdə sizin xidmətinizdəyəmbackend

Viktor Orban Vladimir Putinə: hər bir məsələdə sizin xidmətinizdəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinə Ukraynaya qarşı müharibəni “həll etmək” üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.

Bloomberg” bu barədə 7 apreldə, Putinlə Orban arasında 17 oktyabr 2025-ci ildə baş tutan telefon danışığının transkriptini nəzərdən keçirdikdən sonra məlumat verib. Orban Putinə açıq şəkildə deyib: “Faydalı ola biləcəyim hər hansı bir məsələdə sizin xidmətinizdəyəm”. Öz fikrini vurğulamaq üçün o, Ezopun torda ilişmiş aslanı xilas edən siçan haqqındakı təmsilini danışıb. “Bloomberg” qeyd edir ki, bu söz Putinin gülüşünə səbəb olub.

Öz növbəsində Putin Macarıstanın Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı “müstəqil və çevik” mövqeyini tərifləyib. O bildirib ki, Kreml niyə “belə balanslı, mülayim mövqe”nin əks arqumentlər yaratdığını başa düşmür. Liderlər Putinlə ABŞ prezidenti Donald Tramp arasında Macarıstanda görüşün təşkilini müzakirə ediblər. Orban Budapeştin ABŞ-Rusiya danışıqları üçün Avropada yeganə “məqbul platforma” olması üçün fəal şəkildə lobbiçilik edib. Macarıstanın xarici işlər naziri Peter Siyarto vasitəçi kimi xidmət etməli idi.

Söhbətin böyük hissəsi Trampa ünvanlanan təriflərə həsr olunub. Putin Amerika prezidentinin iş tərzini “tank”la müqayisə etdi, Orban isə onun yanaşmasını “qasırğa” adlandırıb. Nəşrin məlumatına görə, söhbət hər iki liderin bir-birinin sağlamlığı ilə maraqlanması ilə başa çatıb. Putin xizək sürdüyünü və Orbanın futbol oynadığını bildiyini qeyd edib. “Çalışıram”, – deyə Orban gülərək cavab verib və Putinə rus dilində vida edib.

//Samir Qurbanov, Editor.az