Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də, MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
“Görüşlərdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq”, – o vurğulayıb.