11 illik araşdırma: kartof qızartması depressiyaya səbəb olurbackend

11 illik araşdırma: kartof qızartması depressiyaya səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

11 il ərzində aparılan araşdırmalar nəticəsində 140 mindən çox insan üzərindən kartof qızartmasının zərərləri müəyyən olunub.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, İngiltərədə 500 min insanın sağlamlıq məlumatlarını ehtiva edən UK Biobank-dan əldə edilən məlumatlar Çinin Hangzhou şəhərində bir qrup alim tərəfindən təhlil edilib. Araşdırmalar göstərib ki, kartof qızartması yeməkdə narahatlıq pozğunluğu riskini 12 faiz, depressiya riskini isə 7 faiz artırır.

“Independent Turkish”in xəbərinə görə, tədqiqatçılar əldə edilən nəticələrin qızartma prosesində meydana gələn akrilamid adlı kimyəvi maddə ilə bağlı ola biləcəyi qənaətinə gəliblər.

//Gülnarə Abasova, Editor.az