Dmitri Kuleba: əks-hücum əməliyyatı müharibənin sonu demək deyilbackend

Dmitri Kuleba: əks-hücum əməliyyatı müharibənin sonu demək deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı müharibənin sonu kimi qəbul edilməməlidir.

Editor.az bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. Odessada Latviya, Danimarka, Estoniya, İslandiya, Litva, Norveç, İsveç və Finlandiyadan olan həmkarları ilə birgə brifinq zamanı Kuleba qeyd edib ki, yalnız son döyüş ölkənin azad edilməsinə gətirib çıxaracaq.

O əlavə edib ki, buna görə də lazım olan qədər əks-hücum olacaq. “Əks-hücum həlledici döyüş hesab edilməməlidir, həlledici döyüş Ukrayna ərazilərinin tam azad edilməsinə gətirib çıxaracaq… bu, dondurula bilən münaqişə deyil”, – Kuleba bildirib.

//Samir Qurbanov,Editor.az