Erməni deputatdan Türkiyəni bir-birinə vuran AÇIQLAMAbackend

Erməni deputatdan Türkiyəni bir-birinə vuran AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə terror təşkilatı PKK-nın siyasi qolu hesab edilən Halkların Demokratikləşməsi Partiyasından (HDP) olan millət vəkili Qaro Paylan qalmaqallı açıqlaması ilə gündəm olub. Mayın 14-də keçiriləcək seçkilərdə namizəd ola bilməyən deputatın qondarma erməni soyqırımı günü verdiyi bəyanat siyasi gündəmi bir-birinə vurub.

24 aprel yalanları ilə bağlı danışan Paylan türk millətinin böyük oğlu şəhid Tələt Paşanı almanların əliqanlı fafist diktatoru Adolf Hitlerlə eyniləşdirib. Köçürülmə qanunu ilə bağlı sosial media hesabından paylaşım edən HDP-nin Diyarbəkirdən olan millət vəkili Paylan “108 il sonra Soyqırımın memarı Tələt Paşa adlı küçələrdə gəzirik. Uşaqlarımızı Tələt Paşa adlı məktəblərdə oxuduruq. Bu gün Almaniyada Hitler adına küçələr olsaydı, uşaqlar Hitler adlı məktəblərdə oxusaydı, necə olardı? Biz belə bir Türkiyədə yaşayırıq” ifadələrdən istifadə edib.

Paylan 24 aprel 2021-ci ildə də Tələt Paşa haqqında eyni ifadələri ehtiva edən bir mesaj paylaşmışdı. Digər tərəfdən Ermənistanda Tələt Paşanın başını qatili Soqomon Tehliriyanın ayaqları altında göstərən heykəl hələ də Maralik qəsəbəsində dayanır.  Paylan 23 aprel 2022-ci ildə Türkiyə Böyük Millət Məclisinə qondarma erməni soyqırımının tanınması üçün qanun təklifi də təqdim etmişdi.

Xatırladaq ki, Paylan bir neçə dəfə Ermənistanda səfərdə olub. Ermənistan-Türkiyə sərhədlərinin açılmasının qızğın tərəfdarı olan deputat siyasi fəaliyyətə başlayandan bəri anti-türk mövqedən çıxış edib. Aydın məsələdir ki, Paylanın Ermənistanda keçirdiyi görüşlərdə həm Azərbaycanın, həm də Türkiyənin əleyhinə işlər çeviriblər. Müxtəlif pozucu fəaliyyətlərlə məşğul olan K.Paylana məhz bu bəyanatına görə Türkiyədə cinayət işi açılmalıdır.

Ümid etmək olar ki, bu bəyanatına görə ən azından onun fəaliyyəti araşdırılacaq. Paylan Türkiyə Böyük Millət Məclisində təmsil olunduğu üçün deputat toxunulmazlığına malik olsa da, sərt tədbirlər görülməlidir.

Məsələ ondadır ki, Paylanın təmsil olunduğu partiya Türkiyədə uzun illərdir separatizm fəaliyyəti ilə məşğuldur. Məqsədləri də Türkiyəni bölməkdir. Paylanı xaricdəki müxtəlif dairələrin himayə etməsi də Türkiyədə kiməsə sirr deyil. Onun illərdir müəyyən qaranlıq fəaliyyətlə məşğul olması da bəllidir.

Milli.az