Ermənistana qucaq açan “xeyirxah”ın maskası düşdü – Ölkə qollarında can verəcəkbackend

Ermənistana qucaq açan “xeyirxah”ın maskası düşdü – Ölkə qollarında can verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin bir sıra ölkələrdəki, xüsusən də Cənubi Qafqazda kirli işlərini həyata keçirmək üçün “xeyriyyə” adı altında maskalana USAID-in rəhbəri “X” platformasında ( əvvəlki adı ilə Twitter) Qarabağ erməniləri ilə bağlı paylaşım edib. Bir müddət əvvəl separatçı, Qarabağda qeyri-qanuni məskunlaşan və özünü “dövlət naziri” elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanla özəl münasibəti barədə məlumatlar yayılan, onun azad olunması üçün Bakıya müraciət edən Samanta Pauer yenə aləmi bir-birinə qatıb. Ermənilərlə bağlı videoçarx təqdim edən Samanta onlara dəstəyini ifadə edib.

Hər kəsin Azərbaycanı sevmək kimi məcburiyyəti yoxdur. Hansısa ölkəyə dəstək olmaq da hamının şəxsi işidir. Amma, sən əgər diplomatsansa və paylaşımların qərəzli mövqe daşıyırsa, xüsusən də, əsassız ittihamlardan ibarətdirsə, sifarişli xarakter daşıyırsa bu yolverilməzdir.

Samanta Pauer paylaşımında Qarabağı tərk edən ermənilərə yardım ediləcəyini bildirib. Lakin, “tərk edən” sözünü işlətməyib, “Qarabağdan çıxmağa məcbur edilən” ifadəsini işlədib. Bu da onun qərəzli mövqeyinin bariz nümunəsidir. Hər kəsə məlumdur ki, Qarabağlı ermənilər qaçqın deyil. Onlar öz xoşluğu ilə ərazilərimizi tərk ediblər. Ermənilərə ərazilərimizdən çıxmaları ilə bağlı nə təzyiq olub, nə də ki, hər hansı zorakılıq. Əksinə, Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesi üçün dəfələrlə çağırışlar olub və bununla bağlı xeyli müraciət də qeydə alınıb.

Fərz edək ki, Samantanın dediklərinin doğrudur, onun torpağından uzaq düşən şəxslərə canı yanır. Bu zaman yenə də sual yaranır. Minlərlə azərbaycanlı dədə-baba torpaqlarından didərgin düşəndə, ermənilər tərəfindən minbir işgəncələrlə yaşadıqları evlərindən çıxarılanda, yüzlərlə sakinimiz Qarabağı ayaqyalın qar üstündə tərk edəndə ABŞ-nin “xeyriyyə” qurumu harada idi? Pauer niyə azərbaycanlı məcburi köçkünlərlə görüşməyib? Deməli, bu qurumun məqsədi yardım deyil. Məqsəd siyasi planları həyata keçirməkdir.

ABŞ-nin məqsədi Rusiyanın Cənubi Qafqazdakı mövqeyini zəiflətməkdir. Ukraynanı müharibəyə təhrik edib minlərlə insanı qırğına verib sonradan da döyüşün nəticəsiz olduğunu etiraf edən ABŞ indi də Ermənistanı bu hədəf uğrunda qurban seçib. Ermənistan isə sülhdən yayınaraq Bakının çağırışlarına məhəl qoymadan Qərbin və ABŞ-nin siyasi oyunlarına alət olmağa davam edir.

Milli.Az