“İLİN ƏN FƏAL REKTORU” sorğusu keçirilir

“İLİN ƏN FƏAL REKTORU” sorğusu keçirilir

Editor.az İnformasiya Portalı 2021-ci ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə keçirdiyi virtual sorğuları davam etdirir. Portalımız bu dəfə ölkəmizin ali təhsil müəssisələrinin rektorlarının fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənməyə çalışacaq.

24-29 dekabr 2021-ci il tarixlərini əhatə edəcək virtual sorğuda respondentlər rəhbərlik etdiyi universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsində, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsində, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsində mühüm xidmətlər göstərən “İLİN ƏN FƏAL REKTORU”nu seçəcəklər.

Respondentlər aşağıdakı forumda “Ad-Soyad” bölməsinə öz şəxsi kimlik məlumatlarını, “E-mail” bölməsinə elektron poçt ünvanlarını, “Səs verdiyiniz namizəd” bölməsinə isə fəaliyyətini bəyəndikləri rektorun ad və soyadını yazmalıdırlar. Səs verən şəxslər dəstəklədikləri maksimum 3(üç) rektorun adını qeyd edə bilərlər.

Qeyd ediləcək dördüncü namizədin səsi etibarsız sayılacaq.

Editor.az İnformasiya Portalı ölkəmizdə universitetlərin sayının kifayət qədər olduğunu nəzərə alaraq, rektorların fəaliyyətini maksimum obyektiv və ədalətli qiymətləndirməyə çalışdığı üçün sorğunun nəticəsi olaraq ən çox səs toplayan 3(üç)ali təhsil müəssisəsi rəhbəri “İLİN ƏN FƏAL REKTORU” kimi ictimaiyyətə elan ediləcək.

Editor.az İnformasiya Portalı xatırladır ki, bu sorğu və onun nəticələri tamamilə subyektivdir və yalnız bu sorğuda iştirak edən şəxslərin mövqeyini ifadə edə bilər. Bu sorğunun nəticəsi qətiyyən hökm xarakteri daşımır və hər hansı bir rektorun fəaliyyətinə verilən yekun qiymət kimi dəyərləndirilə bilməz.

    • whatsapp
    • messenger
    • telegram
    • vkontakte
    • odnoklassniki