Atasının məzar daşına QR kod yerləşdirən oğul danışdı – VİDEObackend

Atasının məzar daşına QR kod yerləşdirən oğul danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda üzərinə QR kodu yerləşdirilmiş qəbir daşları düzəldilir. Bu cü məzar daşlarının hazırlanması ilə bağlı xidmətini təklf edən şəxslər mövcuddur.

Editor.az Xəzər TV-yə istinadən bildirir ki, qəbir daşının üzərində yerləşdirilmiş QR kodu skan etməklə məzarın sahibinin kimliyi ilə ətraflı tanış olmaq mümkündür.

Saytda vəfat etmiş şəxsin adına səhifə açılır, orada mərhumun şəkli, onun haqqında həyat hekayəsi, fotoları, videosu yerləşdirilir. Hətta saytda onun feysbuk, instaqram və digər sosial şəbəkə hesabları, eləcə də xəritə yerləşdirilə bilər.

Bu ideyanın müəllifi Zaur Quliyev bildirib ki, o, atasının məzar daşının üzərinə də QR kodu vurub.

O, bir aydır ki, bu ideyanı reallaşdırıb. Mərdəkan qəbiristanlığndakı 30 şəhidin məzarına da QR kod vurulub.

Ətraflı videomaterialda: