Karpal tunel sindromu nədir ? – Fizioterapevtdən AÇIQLAMAbackend

Karpal tunel sindromu nədir ? – Fizioterapevtdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Karpal tunel insanın əlində biləyin iç nahiyyəsində içindən sinirlərin keçdiyi bir kanaldır”.

Bu sözləri Editor.az-a karpal tunel sindromu ilə bağlı danışarkən həkim fizioterapevt Şəhla Qafarova deyib.

Onun sözlərinə görə, müxtəlif səbəblərdən karpal tunel boşluğunda sinirlərin sıxışması nəticəsində əllərdə, barmaqlarda, qollarda gücsüzlük, keyləşmə, ağrı hiss olunur: “Əsasən gecələr başlayan əlamətlər, müalicə olunmadıqda gündüzlər də hiss olunur.

Sindromun səbəbləri müxtəlif xəstəliklər ola bilər: boyun-döş radikulopatiyası, şəkərli diabet, böyrək çatışmazlığı, obezitə (piylənmə ), iş ilə əlaqədar əllərini həddən çox işlədən insanlarda ( məsələn xəmir yoğuranlarda və kargüzarlarda ) və s. bəzən hamiləlikdə də görülə bilir. İlkin əlamətlər müşahidə olunduqda həkimə müraciət olunmalıdır. Xəstəliyi yaradan səbəb araşdırılmalı, müalicə olunmalı və sindrom fizioterapevtik prosedurlar vasitəsilə aradan qaldırılmalıdır.

Fizioterapiyada sinirlər yerləşən kanalda şişkinlik və iltihabi vəziyyəti müxtəlif cərəyanlarla aradan qaldıraraq, sinirlərin sıxılmasını önləmək mümkündür. Həkim fizioterapevt tərəfindən xəstələrə biləklərin immobilizasiyası və müxtəlif müalicəvi idmanlar məsləhət görülür. Müalicə olunmadıqda cərrahi əməliyyata ehtiyac ola bilər”.

//Səbinə Hüseynli, Editor.az