KXDR-in nüvə hücumu Kim Çen In rejiminin sonunu gətirəcəkbackend

KXDR-in nüvə hücumu Kim Çen In rejiminin sonunu gətirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreyanın ABŞ və ya müttəfiqlərinə nüvə hücumunun Kim Çen In rejiminin sonu olacaq.

Editor.az bildirir ki, bunu ABŞ prezidenti Co Bayden deyib. O, qeyd etdi ki, belə bir hücum “qəbuledilməzdir və bu cür hərəkətlərə qərar verən istənilən rejimin sonuna gətirib çıxaracaq”.

Qeyd edək ki, çərşənbə günü ABŞ Cənubi Koreyanı nüvə təhlükəsindən qorumaq üçün yeni səylərini, o cümlədən son onilliklərdə ilk dəfə bu ölkədə nüvə sualtı qayıqları yerləşdirmək planlarını açıqlayıb. Liderlər həmçinin koordinasiyanı yaxşılaşdırmaq, strateji silahlar sahəsində əməkdaşlıq haqqında məlumat mübadiləsi və daha çox birgə hərbi təlimlər keçirmək üçün nüvə məsləhətçi qrupunun yaradılması barədə razılığa gəliblər: “Biz yarımadaya nüvə silahı yerləşdirməyəcəyik, lakin limanları, nüvə sualtı qayıqlarını və s. ziyarət edəcəyik.

Biz bundan geri çəkilməyəcəyik”, – Bayden deyib. Eyni zamanda Seul öz nüvə arsenalını qurmayacağına söz verib.

 //Samir Qurbanov,Editor.az