Litva prezidenti: “Ukrayna münaqişə bitənə qədər NATO-ya üzv ola bilməz”backend

Litva prezidenti: “Ukrayna münaqişə bitənə qədər NATO-ya üzv ola bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna öz ərazisində silahlı münaqişə bitməmiş NATO-ya üzv ola bilməz”.

Editor.az xəbər verir ki, bu sözləri Litva prezidenti Gitanas Nauseda İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Litva lideri həmçinin NATO-nun qarşıdan gələn sammitinin Ukraynanın Alyansa daxil olması üçün yol xəritəsinin işlənib hazırlanmasına imkan yaradacağına ümid etdiyini bildirib.

NATO-nun köhnə “açıq qapı” düsturunu aşmaq məcburiyyətində olduğuna diqqət çəkən Nauseda, “Biz bilirik ki, NATO-nun qapıları hər kəsə açıqdır, lakin onlardan istifadə üçün hələ imkanlar yoxdur”,-deyə bildirib.

//Gülnarə Abasova, Editor.az