Moldovanın “qara siyahı”sı: kimlər var?backend

Moldovanın “qara siyahı”sı: kimlər var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova hakimiyyətinin ölkəyə girişi qadağan olunmuş rusların “qara siyahı”sı var, lakin o, hələ dərc edilməyib.

Editor.az “Newsmaker”ə istinadən xəbər verir ki, bu barədə aprelin 28-də yerli televiziyanın efirində Moldovanın baş naziri Dorin Recean bildirib. Reçanın sözlərinə görə, “qara siyahı”ya Rusiyanın Ukraynaya qarşı müharibəsini təbliğ edən və dəstəkləyən məmurlar və məşhur sənətçilər daxildir.

Nümunə olaraq o, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin, rus estradasının ulduzları İqor Çayka və Filipp Kirkorovun adlarını çəkib. “Bizim siyahımız uzundur və bütün insanları oradan “evə” göndərəcəyik. Rusiya Federasiyası bizə nə etməli olduğumuzu və ya edə biləcəyimizi diktə edə bilməz. Moldova Respublikası azad və suveren ölkədir. Hər kəs öz yerini bilməlidir”, – Recean deyib. O, qeyd edib ki, “qara siyahı” hələ açıqlanmayıb, lakin ona daxil olan siyasətçilər və sənət adamları bundan xəbərdardırlar. Recean həmçinin etiraf edib ki, Moldova hakimiyyət orqanları bu siyahını ictimaiyyətə açıqlayacaq.

  //Samir Qurbanov,Editor.az