Rusiya ilə Polşa arasındakı gərginlik son həddə çatıbbackend

Rusiya ilə Polşa arasındakı gərginlik son həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aprelin 29-da Polşa paytaxtının hakimiyyət orqanları Rusiya səfirliyinin nəzdindəki məktəbə gələrək, qapıları bağlayıb və binanın ələ keçirilməsi prosesinə başlayıb.
Editor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi baş verənləri “məktəbin qəsb edilməsi” və Rusiyanın “diplomatik mülkiyyətinə növbəti qəsd” kimi qiymətləndirir.
“Varşavanın sivil dövlətlərarası kommunikasiya çərçivəsindən kənara çıxan bu cür addımı bizim sərt reaksiyamızdan və Polşanın Rusiyadakı maraqlarından nəticələrsiz qalmayacaq”, – Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda deyilir. Xatırladaq ki, dünən, aprelin 28-də Polşa Xarici İşlər Nazirliyi Rusiyanın qeyri-qanuni olaraq zəbt etdiyi daşınmaz əmlaka həbs qoyulması planlarını açıqlayıb. Söhbət xüsusilə, bu gün müsadirə edilməsinə başlanılan paytaxtın Kielce küçəsində Rusiya səfirliyi nəzdindəki məktəbdən gedir. Əmlakı binadan çıxarmamaq üçün darvazalar bağlanıb.
Polşa Xarici İşlər Nazirliyi əmlakı “qanuni sahibinə” – Dövlət Xəzinədarlığına vermək və Ukraynadakı hərbi əməliyyatların qurbanlarını bu binalarda yerləşdirmək niyyətində olduğunu açıqlayıb. Rusiyanın Polşadakı səfiri Sergey Andreev məktəbin başqa binaya köçürüləcəyini bildirib. O, Polşa hakimiyyətinin hərəkətlərini qanunsuz adlandırıb.
  //Samir Qurbanov,Editor.az