Taliban İŞİD liderlərindən birini öldürübbackend

Taliban İŞİD liderlərindən birini öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ildə Kabil hava limanında törədilən partlayışı təşkil etdiyi güman edilən İslam Dövləti lideri (İŞİD) Əfqanıstanda hakim Taliban tərəfindən öldürülüb.

Editor.az bildirir ki, bu məlumatı aprelin 25-də “CBS News”a ABŞ Müdafiə Nazirliyinin sözçüsü təsdiqləyib. Mənbə qeyd edib ki, Ağ Ev bu adamın adını açıqlamayacaq. Rəsmilər onun Əfqanıstanda öldüyünü bir neçə həftə əvvəl öyrəniblər, lakin təsdiqləmək üçün onlara bir qədər vaxt lazım olub.

Terrorçunun məhv edilməsi barədə Taliban tərəfindən ABŞ-a şəxsən məlumat verilməyib, lakin onlar bu qənaətə öz kəşfiyyatları və regiondakı mövcud təhdidlərin və aktyorların monitorinqi əsasında gəliblər. Qeyd edək ki, hələ aprelin 24-də “CBS News” öyrənmişdi ki, Pentaqon hava limanında həlak olan hərbçilərin ailələrinə partlayışı törədənin aradan qaldırılması barədə məlumat verməyə başlayıb. Eyni zamanda, Ağ Ev “CBS”dən bütün 13 ailənin birbaşa xəbərdar edilməsinə qədər hesabatı təxirə salmağı xahiş etmişdi.

//Samir Qurbanov,Editor.az