TƏCİLİ! “Ordu hazırdır, İran…” – Netanyahunun ən yaxın adamı açıqladıbackend

TƏCİLİ! “Ordu hazırdır, İran…” – Netanyahunun ən yaxın adamı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahunun sağ əli Ophir Falk İrana xəbərdarlıq edib ki, İsrail – HƏMAS müharibəsindən kənarda qalsın.

İngiltərənin “Daily Mail” qəzetinə danışan Falkın sözlərinə görə, İran prezident Baydenin dediklərinə diqqətlə qulaq asmalıdır.

O bildirib ki, İsrail və HƏMAS arasındakı müharibəyə müdaxilə edilməməlidir:

“Biz HƏMAS-ı məhv etməyə yönəlmişik və ümid edirəm ki, baş verməyəcək başqa bir cəbhəyə hazırıq. İsrail ordusu tam hazırdır və İsrailə qarşı başqa cəbhə açmaq hər kəs üçün ən böyük səhv olardı”.

Falk İsrailin London və Vaşinqtonun verdiyi dəstəyi alqışladığını, lakin Fələstin tərəfdarlarının təşkil etdiyi yürüşlərdə iştirak edən yüz minlərlə insanın HƏMAS-ın törətdiyi vəhşiliklər barədə “yanlış məlumatlandırıldığını” iddia edib: “Gördüyümüz kimi, etirazçıların əksəriyyəti yanlış məlumatlandırılıb”.

İsrail rəsmisi dünyanın hər yerindən gələn atəşkəs çağırışlarına reaksiya verib: “Belə bir atəşkəs istəmək 11 sentyabrdan sonra atəşkəs istəməyə bənzəyir”.

Musavat.com