Türkiyə təyyarəsi hücuma məruz qaldıbackend

Türkiyə təyyarəsi hücuma məruz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sudanda Türkiyəyə məxsus təxliyyə təyyarəsi atəşə tutulub.

Editor.az bildirir ki, bu barədə aprelin 28-də TÜrkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Vətəndaşlarımızı təxliyə etmək üçün Vadi Səidna hava limanına gedən C-130 evakuasiya təyyarəsi atıcı silahlardan atəşə tutulub”.

Sudan Silahlı Qüvvələri, atəşin “Çevik Reaksiya Qüvvələri” tərəfindən (RRF) açdığını bildirib. Onların sözlərinə görə, nəticədə əyyarənin yanacaq çənləri zədələnib və bir ekipaj üzvü yaralanıb. Bununla belə, təyyarə “Wadi Saidna” hava limanına təhlükəsiz eniş edə bilib və hazırda baxışdadır”. Öz növbəsində “Xüsusi təyinatlıların” nümayəndəsi Əl-Hadas telekanalına türk təyyarəsinin atəşə tutulması ilə bağlı ittihamları təkzib edib. O, məsuliyyəti Sudan Silahlı Qüvvələrinin üzərinə qoyub.

  //Samir Qurbanov,Editor.az