Dünya Bankından qlobal miqrasiya xəbərdarlığı: Sığınacaq axtaranların sayı 10 il ərzində üç dəfə artacaqbackend

Dünya Bankından qlobal miqrasiya xəbərdarlığı: Sığınacaq axtaranların sayı 10 il ərzində üç dəfə artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya Bankı bəyan edib ki, əhalinin sayının azalması səbəbindən varlı və orta gəlirli ölkələr yoxsul ölkələrdən gələn immiqrasiyadan asılı olacaq.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bank prosesin yaxşı idarə olunmasının vacibliyi ilə bağlı xəbərdarlıq edib və 10 il ərzində sığınacaq axtaranların sayının üç dəfə artacağına diqqət çəkib.

Bankın dünən açıqladığı son Dünya İnkişaf Hesabatında dünyada 184 milyon insanın vətəndaşlığı olmayan ölkələrdə yaşadığı və bu insanların 43 faizinin aşağı və ya orta gəlirli ölkələrdə olduğu bildirilib. Hesabatda 184 milyon nəfərin 37 milyonunun qaçqın olduğu və bu rəqəmin son 10 ildə üç dəfə artacağı bildirilib.

Hesabata görə, İspaniya kimi bəzi ölkələr əmək qabiliyyətli yaşlı əhalinin sayının sürətlə azalması problemi ilə üzləşib. 2100-cü ilə qədər İspaniyada əmək qabiliyyətli əhalinin üçdə birindən çox azalacağı, hazırda əhalinin 20 faizini təşkil edən 65 yaşdan yuxarı insanların sayının isə 40 faizə yüksələcəyi proqnozlaşdırılır. Hesabatda Meksika, Tailand, Tunis və Türkiyə kimi ölkələrin əhalisinin artmaması səbəbindən yaxın gələcəkdə daha çox əcnəbi işçiyə ehtiyac ola biləcəyi və demoqrafik vəziyyətinin isə əvvəlki dövrlə müqayisədə daha mürəkkəbləşəcəyi bildirilib.

//Gülnarə Abasova, Editor.az