Eurovision Mahnı Müsabiqəsinin qalibi federal axtarışa verilibbackend

Eurovision Mahnı Müsabiqəsinin qalibi federal axtarışa verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ildə “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş Ukraynanın xalq artisti Camala (Susana Camaladinova) Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasından aşağıdakı kimi federal axtarışa verilib. Onun cinayət maddəsi ilə axtarışda olduğu bildirilir.

Hansı maddə üzrə dəqiq göstərilməyib.

Editor.az “Mediazona”nın məlumatına istinadən bildirir ki, Camala oktyabrın ortalarında axtarışa verilib. Nəşr yazır ki, o, Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda ittiham olunur (Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 1-ci hissəsi).

Noyabrda isə Camala Rusiya məhkəməsi tərəfindən qiyabi həbs edilib.
Xatırladaq ki, 2016-cı ildə Ukraynanı təmsil edən Camala Stalinin Krım tatarlarını deportasiyasına həsr etdiyi “1944” mahnısı ilə Eurovision Mahnı Müsabiqəsinin qalibi olub.

//Samir Qurbanov, Editor.az