Rusiyanın nüvə silahı regionda təhlükəsizliyə zəmanət və beynəlxalq arenada onlara söz verir – Aleksandr Lukaşenkobackend

Rusiyanın nüvə silahı regionda təhlükəsizliyə zəmanət və beynəlxalq arenada onlara söz verir – Aleksandr Lukaşenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusda yerləşdirilmiş Rusiyanın nüvə silahları regionda təhlükəsizliyə zəmanət və onlara beynəlxalq arenada söz verir.

Editor.az BELTA xəbər agentliyinə istinadən yazır ki, bu barədə noyabrın 23-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının onlayn iclasında Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, bunlar dünya siyasətində təhlükəsizliyin və nüfuzun təminatı olan “bu günün reallıqlarıdır”.

“Rusiyanın taktiki nüvə silahlarının ölkəmizdə, ərazimizdə yerləşdirilməsi ilə bağlı qınaqlar sadəcə absurddur. Biz heç kimi təhdid etmirik. Biz sadəcə olaraq, güc dilini qlobal tendensiyaya çevirənlərdən qondarma diplomatik etiketi öyrənirik”, – Lukaşenko bildirib.

//Samir Qurbanov, Editor.az